YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatı Xocalıdan olan Vətənin Müharibəsi şəhidinin ailəsini ziyarət etmişdir

YAP Suraxanı rayon təşkilatının nümayəndələri “26 fevral - Xocalı soyqırımı günü” ilə əlaqədar rayon ərazisində məskunlaşmış Xocalı rayon sakini, Vətən Müharibəsində şəhid olmuş, cənab Prezident tərəfindən “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təftil olunan Mustafazadə Ceyhun Şükür oğlunun ailəsini ziyarət etmiş, ailənin qayğıları ilə maraqlanmışlar.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 1992-ci ildə erməni cəlladları tərəfindən bəşəri cinayət sayılan Xocalı soyqırımının törətdildiyini, bu hadisənin heç vaxt yaddaşlarımızdan çıxmayacağını vurğuladı. Ötən ilin 44 günlük Vətən Müharibəsi dövründə müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində eyni zamanda Xocalı şəhidlərinin də qisasının alındığını bildirən Vüqar Seyidov Vətən Müharibəsində torpaqlarımızın azad olunması uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmış Ceyhunun timsalında bütün şəhidlərimizin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilərək heç zaman unudulmayacağını vurğuladı.

Kəşfiyyatçı olan şəhid Ceyhunun xatirələri bir daha canlandı. Şəhidimizin keçmiş polis əməkdaşı olan atası Qarabağın dağlıq hissəsində Azərbaycan xalqının başına gətirilən zülümlərin şahidi olduğunu və erməni quldurlarına qarşı Birinci Qarabağ müharibəsində mübarizə apardığını vurğulamış, vaxtilə Ulu Öndər Heydər Əliyevlə olan görüşlərini xatırlamışdır. Şəhid atası həmçinin onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürünü bildirmişdir.