YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağdaş rayon təşkilatı tərəfindən Qarabağ Dirçəliş Fonduna və YAŞAT Fonduna vəsait köçürülüb

Ölkəmizdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yüksək dövlət qayğısı, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılması yeni mərhələyə qədəm qoyub. Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu istiqamətlərdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bu şəxslərə mərhəmətli qayğısı, onların azad olunmuş torpaqlarımıza etdikləri səfərlər çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, hər bir ölkə vətəndaşı tərəfindən təqdirəlayiq hal kimi yüksək qiymətləndirilir.

Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatı Vətən müharibəsi dövründə daim dövlətimizin yanında olmuş, milli həmrəylik nümayiş etdirmiş, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda vuruşan hərbçilərimizə və onların ailələrinə diqqət və qayğı göstərilməsini başlıca istiqamətə çevirmiş, hər zaman müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüslərinə ilk qoşulan təşkilatlardan biri olmuşdur.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş torpaqlarımızda dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə geniş quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 2000 manat, eyni zamanda ölkə Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış YAŞAT Fonduna 1000 manat məbləğində vəsait köçürülmüşdur.

YAŞAT və Qarabağ Dirçəliş Fondlarının fəaliyyəti ilə ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq və bərpa işlərinin aparılması geniş vüsət alacaq, bununla da xalqımızın, dövlət və özəl qurumların bu sahədə əlbir işi təmin olunacaqdır. Ölkə başçımızın da dəfələrlə qeyd etdiyi kimi “Biz birlikdə güclüyük!”