YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları Ankarada görüş keçirəcəklər

Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Türkiyənin paytaxtı Ankarada üçtərəfli görüş keçirəcəklər.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriləcək.

Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunacaq.

 

DİGƏR Xəbərlər Arxiv