YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəmkir rayon təşkilatının fəalları qazilərlə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının fəalları Vətən müharibəsi qazilərini ziyarət etməkdə davam edir.

Görüşlərdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbədən, bu zəfərin əldə edilməsində Azərbaycan gəncliyinin rolundan bəhs etmişdir.

Çxış edən qazilərimiz və fəal gənclər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə Azərbaycan Ordusunun rəşadət və igidliyindən, xalqımızın ordumuza verdiyi misilsiz dəstəkdən, xalq-lider-ordu birliyindən və müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər.