YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın nümayəndələri şəhid İsmayılzadə Tacəddinin ailəsini ziyarət edib

Yeni Azərbaycan Partiyasının nümayəndələri şəhid İsmayılzadə Tacəddin Vüqar oğlunun ailəsini ziyarət edib.

Tacəddin İsmayılzadə 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsi başlayanda isə könüllü olaraq cəbhəyə yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Xocavənd və Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edib.

Qeyd edək ki, xeyli müddətdir ki, koma vəziyyətində olan İsmayılzadə Tacəddin bir neçə gün öncə vəfat etmişdir. 

YAP İcra Katibliyinin nümayəndələri Aydın Mirzəzadə, Aydın Hüseynov və YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz  Hüseynov şəhid İsmayılzadə Tacəddin Vüqar oğlunun ailəsini ziyarət ediblər.