YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Neftçala rayonunda Sənaye Məhəlləsinin yaradılması məqsədəuyğun hesab olunub.
Neftçala Sənaye Məhəlləsinin ərazisində kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələrinin, habelə xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur.
Sərəncama uyğun olaraq, Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.