YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan” İES-də ötən il 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

“Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) ötən il 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.
“Azərenerji” ASC-dən bildiriblər ki, 2014-cü ilin yekunlarına əsasən, stansiyada enerji bloklarının və avadanlığın texniki-istismar səviyyəsinin yüksəldilməsi, burada texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması üzrə kompleks tədbirlər yerinə yetirilib. Eyni zamanda, texniki tələblərə uyğun olaraq aparılmış profilaktik yoxlama və sazlama-sınaq işləri nəticəsində İES-də enerji bloklarının dayanıqlı və qənaətli iş rejimləri təmin edilib.