Xəbərlər
Yevda Abramov: Azərbaycanda insan hüquqlarının təminatı yüksək səviyyədədir
Azərbaycanda insan hüquqlarının təminatı yüksək səviyyədədir. Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.
Y.Abramov bildirib ki, bu istiqamətdə ölkəmizdə kifayət qədər mükəmməl hüquqi baza mövcuddur. Onun sözlərinə görə, Konstitusiyanın üçdə ikisinin məhz insan hüquqlarına həsr olunması təsadüfi hesab edilməməlidir.
«Bu fakt dövlətimiz insan hüquqlarına ali dəyər kimi yanaşdığını göstəricisidir. Amma təəssüf ki, bəzi dairələr Azərbaycandakı vəziyyətə qeyri-obyektiv yanaşırlar. Xüsusilə ənənəvi beynəlxalq QHT-lər belə yanşma ortaya qoyurlar. Təbii ki, biz onların sifarişlə işlədiyini biliik. Artıq onları hamı yaxşı tanıyır. Ona görə də fikirlərini ciddi qəbul edən cəmiyyətlər demək olar ki, yoxdur»- deyə, Y.Abramov qeyd edib.