YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Bayramov: 2020-ci il ölkəmizin tarixinə şanlı səhifə kimi yazıldı

“Yola saldığımız 2020-ci il ölkəmizin tarixinə şanlı səhifə kimi yazıldı. Şübhəsiz ki, bu ilin ən böyük hadisəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması oldu. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağ işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Bu, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən siyasətinin, diplomatiyasının möhtəşəm uğuru və Ali Baş Komandan kimi sərkərdəlik məharətinin , ölkədə bərqərar olan milli birliyin, şanlı ordumuzun və cəngavər əsgərlərimizin,zabitlərimizin qələbəsidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib.

Məzahir Bayramov bildirib ki, Vətən müharibəsi belə bir həqiqəti bir daha təsdiq etdi ki, qələbənin əldə olunmasında iqtisadi və hərbi potensiallarla yanaşı mənəvi potensial və meyarlar da çox önəmlidir və daha böyük əhəmiyyət kəsb edir.Nəbzi vətənin nəbzi ilə vuran, təməlinə möhkəm bağlı olan insanlarımızın döyüş ruhunu görən düşmən bundan vahiməyə düşürdü. Onun sözlərinə görə, müharibə Ulu Öndər Heydər Əliyevin vətənpərvərlik ideyalarının,vətənimiz üçün iftixar hissinin, vətənin müdafiəsinə hazır olmaq hissinin gənc nəslin şüurunda möhkəm bərqərar olduğunu əyani surətdə göstərmiş oldu.Azərbaycan əsgərinin hünəri, cəsarəti, cəngavərliyi kor-koranə hərəkət deyildi. O insanın öz həyatını şüurlu surətdə qurban verdiyi işin düzgünlüyünə inamdan doğur.

“Zaman erməni faşizminin darmadağın edilməsinin böyük əhəmiyyətini getdikcə daha da artıracaq. Bununla belə faşizmin ardıcıllarına və müdafiəçilərinə hələ də təsadüf edildiyi bir vaxtda daha da ayıq-sayıq olmalıyıq. Ermənistanın və erməniliyin intiqam hissi ilə yaşadığını heç bir vaxt unutmamalıyıq. Xalqımıza qarşı düşmənçilik siyasəti yeridən Ermənistanın təcavüzkar təbiətinə və saxtakarlıqlarına qarşı mübarizə ideoloji fəaliyyətimizdə öz aktuallığını hər zaman saxlamalıdır. Ölkə başçısı İlham Əliyevin siyasəti, diplomatiyası uzaq hədəflərə hesablanıb, regionda sabitliyə, təhlükəsizliyə hesablanıb. Ermənistanın baş naziri isə bunların əksinə olaraq müharibənin əvvəlindən havadarlarına arxalanaraq ölkəsinin boyundan və imkanlarından böyük pafoslu çıxışlar edirdi. O bu gün də yalan və şantaj dolu çıxışlarını davam etdirir və getdikcə daha da artıq dərəcədə iflasa uğrayır.Reallıq isə öz işini görməkdədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müasir Azərbaycanın lideri kimi ölkəmizin maraqlarının və mənafeyinin keşiyindədir”,-deyə təşkilat sədri vurğulayıb.