YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: “Nizami Gəncəvi İli” dahi şairin bəşəriyyətə verdiyi misilsiz töhfələrə yenidən baxış ili kimi tarixə yazılacaq

Ölkə Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan etməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılması, təbliğ edilməsi sahəsində atılan növbəti addımdır.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, 880 il bəşəriyyəti öz poetik dünyası ilə heyrətdə qoyan Nizami Gəncəvinin yubileyinin dövlət səviyyəsində keçirilməsi ölkəmizdə milli mədəniyyətə diqqət və qayğının daha bir parlaq nümunəsi olmaqla bərabər, dünyaşöhrətli şairin duhasının əzəmətinə, saf və təmiz bəşəri duyğularına yeni baxış olacaq.

Nizami Gəncəvinin elə bir dühadır ki, onun hər beytinə, hər misrasına hər bir oxucunun öz fikri, öz baxışı, öz fəlsəfi açıqlaması ola bilər. Bəşəri duyğuları Nizami Gəncəvinin "Xəmsə"sində cəmləşdirməsi cild-cild hikmət divanlarına açar oldu.

Nizami Gəncəvi Gəncədə doğuldu, Gəncədə yaşayıb-yaratdı, özü ilə, sözü ilə, elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı ilə bütün bəşər və dünya xalqlarının ehtiramla mütaliə etdiyi şairlərin sırasında ucaldı. 880 il Nizami Gəncəvinin idrakla, təfəkkürün vəhdətindən qaynaqlanan poetik əsərləri bu gün də aktuallığını qoruyub saxlayıb. Nizami Gəncəvinin özünün də qeyd etdiyi kimi:"Yüz illər keçsə də, sorsanız o hardadı, misralarım deyəcək o burdadı".

Onu da qeyd etmək yerinə düşər ki, Nizami Gəncəvinin həyatı və yaradıcılığının mükəmməl şəkildə öyrənilməsində ümummilli lideri Heydər Əliyevin müstəsna tarixi xidmətləri var. Ulu öndərin siyasi hakimiyyətinin ilk illərində təşəbbüsü və cəsarəti ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”kı qərarından sonra dahi söz ustadının yubileyləri davamlı olaraq qeyd edilib, adı əbədiləşdirilib.

Dünya poeziya xəzinəsinə əvəzsiz incilər bəxş edən dahi şairin 870 illik yubileyi ölkəmizdə, xüsusi ilə Nizami Gəncəvinin Vətəni Gəncədə böyük izdiham, təntənə ilə qeyd edilib, söz sərrafları dahi şairin yaradıcılığının işığına yığışıb.

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də 2021-ci ildə biz Nizaminin 880 illik yubileyinin həm Azərbaycanda, həm dünyada geniş qeyd olunacağına toxunaraq qeyd edib ki, dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir.

Bəşəri dəyərləri vəsf edən, yaradıcılığı bütün bəşəriyyətə məxsus olan böyük Nizami Gəncəvinin irsini təbliğ edən layihələr ölkə Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə 2021-ci ildə davamlı olacaq. Bu il dahi şairin nəinki Azərbaycan xalqına, eyni zamanda, bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrə, zəngin yaradıcılığına yenidən baxış ili kimi tarixə yazılacaq.