YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın sabiq prezidenti: Prezident İlham Əliyevin Nizami Gəncəvi irsinin təbliği ilə bağlı təşəbbüsü bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir

Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair Nizami Gəncəvinin irsinin təbliği ilə bağlı təşəbbüsü Azərbaycan və bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Xorvatiyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə heyətinin üzvü İvo Yosipoviç deyib.

O bildirib ki, Nizami Gəncəvi irsi Azərbaycan mədəniyyətinin ən parlaq səhifələrindəndir və bütün bəşəriyyətin irsinin mühüm hissəsini təşkil edir:

“Fikrimcə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu layihədə iştirak etməlidir. Beynəlxalq səviyyədə tanınan, dünya arenasında məşhur olan və böyük Nizami Gəncəvinin adını daşıyan Mərkəz Nizami Gəncəvi ili çərçivəsində onun yaradıcılığının bütün dünyaya təbliğ olunmasına öz təhvəsini verməlidir. Bununla da dünyanın mühüm mədəni mərkəzlərindən biri kimi Azərbaycan barədə daha geniş məlumat əldə etmək mümkün olacaq”.