YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Qarabağ Dirçəliş Fondunun yaradılması işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasını şərtləndirir

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Dağlıq Qarabağ bölgəsində aparmış olduğu 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın illərlə pozulmuş ərazi bütövlüyü bərpa olundu, otuz ilə yaxın müddətdə düşmən tapdağı altında olmuş torpaqlarımız Ermənistanın işğalından azad olundu, müasir tariximizin ən parlaq səhifələri yazıldı, illərlə uğrunda mübarizə apardığımız ədalət zəfər çaldı”. Bu fikirləri  Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Kamran Bayramov bildirib ki, işğal altında olan müddət ərzində bu torpaqlarımız mənfur erməni separatçıları və terrorçuları tərəfindən xarabalığa çevrildi, Azərbaycana məxsus olan tarixi və mədəni abidələr dağıdıldı, təbii sərvətlər tam talandı, orada istənilən layiqli yaşayış mümkünsüz edildi. Lakin buna baxmayaraq, torpaqlar işğaldan azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ərazilərin dirçəldiləcəyini, bu hədəfə nail olunması üçün bütün resursların və qüvvələrin səfərbər olunacağını bəyan etdi, Qarabağa Böyük Qayıdışın təmin edilməsi üçün zəruri addımların atılacağını bəyan etdi.

“Bunun təsdiqi olaraq, cənab Prezidentin 2021-ci ildə imzaladığı ilk Fərman “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması ilə bağlı oldu. Deputat, həmçinin qeyd edib ki, Fondun yaradılması Prezidentin Qarabağ siyasətinin başlanğıc nöqtəsi kimi qəbul edilir, bu bölgədə siyasi-iqtisadi sabitliyin bərqərar olunmasını, regional siyasətin tam həcmdə həyata keçirilməsini, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasını, zəruri infrastrukturun yaradılmasını, məcburi köçkün olmuş soydaşlarımızın işğaldan azad olunmuş ərazilərimizdə rahat və təhlükəsiz yaşayışa qayıdışını şərtləndirir”,-deyə deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv