Xəbərlər
Müdafiə Nazirliyi Zəngilan rayonunun Cahangirbəyli kəndinin videogörüntülərini paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad olunmuş Zəngilan rayonunun Cahangirbəyli kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Oxçu çayının sahilində yerləşən Cahangirbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rəşadətli Azərbaycan Ordusu oktyabrın 21-də kəndi işğalçılardan azad edib.