YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbinə Əliyeva: Ərazi bütövlüyümüzün bərpa edilməsi tariximizin ən qürurlu səhifələrindəndir

“2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. Torpaqlarımızın işğaldan azad olunması müasir tariximizin ən mühüm hadisələrindən biridir”. Bu fikirləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bu gün YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “Zəfər tariximizdə həmrəylik nümunəsi” mövzusunda keçirilən videokonfransda deyib.

Səbinə Əliyeva bildirib ki, ərazi bütövlüyümüzün bərpa edilməsi tariximizin ən qürurlu səhifələrindəndir. Onun sözlərinə görə, 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan həmvətənlərimizin hüquqları bərpa olundu.

“Azərbaycan şanlı qələbəsi ilə öz gücünü işğalçı Ermənistana və onun havadarlarına göstərdi. Prezidentimiz İlham Əliyev bu böyük qələbə ilə xalqımızın başını uca etdi. Eyni zamanda, Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz yüksək həmrəylik nümunəsi göstərdilər. Dünyada yaşayan bütün soydaşlarımız azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək bu müqəddəs mübarizədə öz dəstəyini ifadə etdilər”,-deyə ombudsman vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv