YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti hərbi qulluqçuların bir qrupunu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edib

Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Ağdam rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 2267 hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 1-i general-leytenant, 15-i polkovnik, 41-i polkovnik-leytenantdır.