YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev İranın iqtisadi məsələlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı nazir Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyətini qeyd etdi və forumda səslənən fikirləri iqtisadi sahədə əməkdaşlıq üçün mövcud olan qarşılıqlı marağın ifadəsi kimi dəyərləndirdi.
Nazir Əli Tayebnia İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində ikitərəfli münasibətlərimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. İranlı nazir azərbaycanlı həmkarları ilə birlikdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini dedi.
Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.