YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın diaspor təşkilatlarının sayı 453-ə çatıb

Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin 2014-cü ilin yekunlarına dair hesabatında məlumat verilir.
Hesabatda qeyd edilir ki, 2014-cü il ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir və layihə həyata keçirilib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının antitəbliğat kampaniyalarının qarşısının alınması məqsədilə 189 layihə reallaşdırılıb.  Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı 100-ə yaxın, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə 65 tədbir təşkil edilib.