YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Ölkəmizdə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir

«Ölkəmizdə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmizdə sosial layihələrin heç biri təxirə salınmayıb. Onun sözlərinə görə, bu, düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsidir.

«Demək olar ki, hər il ölkəmizdə müxtəlif  kateqoriyalar üzrə əməkhaqları artırılır, aztəminatlı ailələrin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı səviyyəsində vurğulanıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu ölkəmizdə sosial layihələrin, proqramların həyata keçirilməsinə heç bir problem yaratmayacaq. Bu amil isə Azərbaycanda nə dərəcədə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsinin bariz göstəricisidir»- deyə, İ.Məmmədov qeyd edib.