YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əkbər Hacıyev: Respublika üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 730 mini ötüb

«2014-cü ildə də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilmişdir. İlk növbədə, qazlaşdırma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter almış və ölkənin bütün bölgələrini əhatə etmişdir. Ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, il ərzində 25 rayon üzrə 58 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilmişdir». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Azəriqaz»İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev deyib.

Ə.Hacıyev bildirib ki, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi,  eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2015-ci ilin yanvar ayının 1-nə olan tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 732 266-a çatmışdır. Onun sözlərinə görə,  01 yanvar 2015-ci il tarixə qeydiyyata alınmış abonentlərin 22 262-i qeyri-əhali abonentidir.

«Ümumilikdə, 2015-ci ilin 1 yanvar tarixinədək mövcud olan 1 710 004 əhali abonentindən 81 928-i ötən il ərzində qeydiyyata alınmış yeni abonentdir ki,bunun da 30 892-i Bakı, Abşeron, Sumqayıt, 53 468-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasında ötən il qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələridə mühüm rol oynayır. Ötən il ərzində “Azəriqaz” İB-də əhali sektoru üzrə 2 473 576 668 kubmetr həcmində təbii qaz satılmış və əvəzində 101,1faiz vəsait toplanmışdır. Bu da 2013-cü il ilə müqayisədə 272 005 040 kubmetr artıqdır. “Azəriqaz” İB-nin fəaliyyəti dövründə, yəni 2009-2014-cü illər ərzində  aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq 26642,4 kilometr uzunluğunda yeni qaz kəmrləri quraşdırılmış, 8082,5 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmiş, 721 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qaz verilmişdir. Ümumilikdə, respublika üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 730 mini ötmüşdür»- deyə, baş direktor vurğulayıb.