YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərgiz Paşayeva: heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasında görkəmli xidmətlərinə görə MDU-nun Fəxri professoru diplomuna layiq görülməsi münasibəti ilə MDU-nun rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, 260 il ərzində universitet böyük və şərəfli yol keçib, əsrlərin və zamanın sonsuz keşməkeşində heç vaxt geri çəkilməyib, məğlub olmayıb.
Nərgiz Paşayeva deyib: “Moskva universitetinin kollektivi əmin ola bilər ki, gəncliyin və müdrikliyin, ənənələrin və müasirliyin, oxşarlığın və müxtəlifliyin, mədəniyyətlərin dialoqunun, humanizm, sülh və ədalət ideallarının birləşdiyi bilik məbədinə qulluq edirlər. Çünki universitetlər əbədidir, qalan nə var isə tarixin böyük və kiçik epizodlarıdır”.
Nərgiz Paşayeva AzərTAc-ın müxbirinə müsahibəsində deyib: “Universitetin əsas funksiyası və ali missiyası həm tərbiyə və bilik vermək, həm də insan yetişdirməkdir. Böyük Hüqo deyib: “Müəllimlər insanları çiçəklər kimi bəsləməlidirlər”. Bu əsasdır. Mənə elə gəlir ki, Moskva universitetinin və Bakı filialının müəllimləri ilə birlikdə biz buna nail ola bilmişik. Bu, böyük bir missiyadır. Mənim aldığım diplom tək mənə şamil edilmir. Bu, Azərbaycanın adına və imicinə qürur və şərəf gətirən bir amildir. Belə bir mərhələdə mənim Vətənə olan borcum qismən yerinə yetirilibsə, özümü çox xoşbəxt sanaram. Mən fəxr edirəm ki, həmişə universitetdə işləmişəm, artıq 31 ildir universitetdə işləyirəm və heç vaxt heç bir sənəti müəllim sənətindən üstün tutmamışam. Mənə verilən qiymət mənə ruh yüksəkliyi, şərəf və qüvvət verir”.