YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milix Yevdayev: Şəhidlərimiz daim qəlblərimizdə yaşayacaqlar

Azərbaycan torpağı uğrunda şəhid olan insanların ruhu bu gün şaddır. Şəhidlik həyatın davamıdır, şəhid olan əsgər və zabitlərimiz daim qəlblərimizdə yaşayacaqlar.

Bunu jurnalistlərə Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bildirib.

Milix Yevdayev qeyd edib ki, şəhidlərin canı, qanı bahasına başa gələn bu şanlı Qələbə bizi bütün dünya xalqları qarşısında başıuca etdi. Bu gün 30 ildir həsrətində olduğumuz torpaqlarımızın vüsalına yetişmişik.

“Bir gözümüz hüznlü, digər gözümüz sevincli ola-ola biz bu günü qeyd etməliyik ki, gələcək nəsillərə nümunə olsun”, - deyə o qeyd edib.