YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: ATƏT-in Minsk qrupunun həmsədrləri köhnə ampulasındadır

«ATƏT-in Minsk qrupunun həmsədrlərinin Krakov keçiriləcək görüşü son dövrlər cəbhə xəttindəki gərginliyin aradan qaldırılmasına hesablanıb». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu təmaslarda prezidentlər səviyyəsində görüşlərin keçirilməsi ideyası yoxdur. Onun sözlərinə görə, son dövrlər cəbhə xəttində vəziyyət olduqca gərginləşib.

«ATƏT-in Minsk qrupunun həmsədrləri köhnə ampulasındadır. Yəni, onlar münaqişənin həlli ilə məşğul deyillər. Onlar sadəcə münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqla məşğuldurlar. Özləri də bunu etiraf edirlər. Belə görüşləri də ona görə keçirirlər ki, istənilən vaxt hadisələrin nəzarətdən çıxmasının qarşısını alsınlar ki, müharibə baş verməsin»- deyə, politoloq qeyd edib.