YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Fransanın vasitəçi olmağa haqqı yoxdur

“Müharibə apardığımız 44 gün müddətində və bu günlərdə Azərbaycan xalqı Fransanın ermənipərəst mövqeyini gördü, duydu və bizə qarşı düşmənçiliyini hiss etdi. Bu münasibət xalqımıza çoxdan məlum olsa da yenə də Fransanın ATƏT - in həmsədr ölkələrindən biri kimi beynəlxalq normalara, qəbul etdiyi öhdəliklərə, imzaldığı sənədlərə az da olsa hörmət edəcəyi ümidində idik. Ancaq təsəvvürlərimiz özünü yenə də doğrultmadı”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Tahir Rzayev bildirib ki, Fransa dövləti nəinki BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in prinsiplərini, bir çox qərar və əsasnamələrin tələblərini nəzərə aldı, onlara hörmət nümayiş etdirdi, əksinə bu ölkənin rəhbəri Emmanuel Makron başda olmaqla, Fransa senatı, Paris meriyası, bəzi siyasətçilər özlərinin anti – Azərbaycan, Türkiyə bəyanatlarını ortaya qoydular, erməni işqalçılarını müdafiə etdilər, onların faşist əməllərinə, ideologiyasına bəraət qazandırdılar.

“Halbu ki, Fransa ATƏT- in həmsədr ölkəsi olaraq münaqişənin həllində tərəfsiz, qərəzsiz mövqe tutmağa borclu idi. Bunu ondan imzaladığı sənədlər, beynəlxalq hüquq normaları, haqq - ədalət tələb edirdi. Ancaq Fransa dövlətinin rəhbəri Makron, eləcə də Fransa senatı bütün tələbləri ayaq altına atdı, hətta senat Qondarma Dağlıq Qarabağ Respublikasnın tanınması haqqında biabırçı qətnamə də qəbul etdi. Belə olan halda Fransanın vasitəçiliyinə heç bir ümid etmək və ona inam göstərmək olmaz. Öz qərəzli qatı ermənipərəst mövqeyi, qəbul olunmuş beynəlxalq sənədlərə laqeyd münasibəti, hörmətsizlik göstərməsi ilə Fransa dövləti özünün imicinə böyük zərbə vurmaqla bərabər, həm də dünyada müstəmləkəçi, terroru, təcavüzü dəstəkləyən, faşistlərə, qaniçənlərə kömək olan bir ölkə olduğunu bir daha sübut etdi. Buna görə də Fransa vasitəçi ola bilməz. Onun bu missiyanı yerinə yetirməyə mənəvi və hüquqi haqqı yoxdur”,-deyə komitə sədri vurğulayıb.