YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan Prezideninin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni imkanlar açır

«Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişdir. Bu səfər iki ölkə arasında münasibətlərin inkişafına yeni imkanlar açır».  Bu fikirləri  Milli Məclisin Azərbaycan-Almaniya Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Fuad Muradov deyib.

F.Muradov bildirib ki, rəsmi Berlinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi və ölkəmizin beynəlxaq müstəvidə qazandığı etimadı bir daha təsdiq etdi . Onun sözlərinə görə, kansler Angela Merkelin Azərbaycanı əhəmiyyətli tərəfdaş adlandırmasını rəsmi Berlinin Azərbaycana xüsusi münasibətinin bir amili saymaq olar.

«Eyni zamanda, xanım Merkelin Almaniyanın münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır. Bununla o, Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarımızın azad olunması üçün Almaniyanın imkanlarını təklif edir. Bunu münaqişənin həlli üçün Avropa Birliyinin imkanlarından istifadə olunması üçün bir mesaj saymaq olar»- deyə, F.Muradov qeyd edib.