YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lökbatan qəsəbəsində yeni körpələr evinin tikintisinə başlanılıb

Qaradağ rayonunun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb.
Rayon icra hakimiyyətindən bildirilib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində qəsəbə ərazisində D.Bəkirov və V.Əsədov adına uşaq bağçalarında isə əsaslı təmir işləri yekunlaşaraq istifadəyə verilib.
Bundan əlavə, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qəsəbədəki 7 nömrəli Bakı Peşə Məktəbi üçün yeni binaların inşası da tamamlanaraq açılışa tam hazırdır.