YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərəb telekanalları Azərbaycan Ordusunun Ağdama daxil olması barədə reportajlar yayımlayır

Ərəb ölkələrinin nüfuzlu televiziya kanalları Azərbaycan Ordusunun bölmələrinin Ağdama daxil olması barədə geniş reportajlar yayımlayır.

Xəbərlər proqramlarında efirə gecən süjetlərdə Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilir.

Qətərin “Əl-Cəzirə” telekanalının xüsusi müxbiri Ağdamdan hazırladığı reportajda noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanata əsasən Ermənistan silahlı qüvvələrinin Ağdamı Azərbaycan Ordusuna təhvil verdiyini, şəhərdə çoxlu dağıntılar olduğunu qeyd edir. Vurğulanır ki, 30 ilə yaxın işğal altında qalan bu şəhərin azad edilməsi Azərbaycan Ordusunun 44 gün ərzində apardığı uğurlu döyüşlərdə Qələbəsinin nəticəsidir.

Ağdamın işğaldan azad edilməsi barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə”, Misirin “ExtraNews”, habelə “Sky News Arabia”, “Al-Mamlaka”, “Alhadath” və “İ24 Arabic” telekanalları da reportajlar yayımlayıb.