YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın qış sessiyası yanvarın 26-da işə başlayacaq

Yanvarın 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Qənirə Paşayeva, Rafael Hüseynov, Rövşən Rzayev, Aydın Abbasov, Sahibə Qafarova, Sabir Hacıyev və Fazil Mustafa daxildir.
Sessiyada büro və daimi komitədə görülmüş işlərin hesabatı dinləniləcək, Ukrayna qaçqınlarının və məcburi köçkünlərinin humanitar vəziyyəti, Avropa Şurası və Avropa İttifaqı arasında anlaşma memorandumunun həyata keçirilməsi, Monteneqronun Avropa Şurası qarşısında vəzifə və öhdəliklərinin yerinə yetirilməsi, Avropada media azadlığının qorunması, qeyri-tolerantlıq və diskriminasiya ilə mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiya çərçivəsində keçiriləcək iclaslarda deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.