YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərin erməni vandalizminə məruz qalması İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərində geniş işıqlandırılıb

İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərinin elektron versiyalarında yerləşdirilmiş videolarda Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonunun erməni vandalizminin daha bir nümunəsinə şahidlik etdiyi qeyd olunur.

Kəlbəcər rayonunda qanunsuz olaraq məskunlaşmış erməni əhalisi rayonu vandalizm aktları törədərək boşaldırlar. Videolarda əhalinin özləri ilə apara bilmədiyi əşyaları, yaşayış evlərini, məktəbləri yandırması öz təsdiqini bir daha tapır.