YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir

“Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər edib. Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayıb”. Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanıb: “Qələbə hisslərini yaşadan Müzəffər Ali Baş Komandana xalq öz sevgisini nümayiş etdirir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Ali Baş Komandan  əslində sevinc hisslərini öz xalqı ilə bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən, böyük cəsarət və qətiyyət göstərərək Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz zəfər  sevincini xalqla bölüşdü.  Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Milli Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.  Müzəffər Ali Baş Komandanımızın və Respublkamızın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın işğaldan azad olmuş torpaqlarımıza bu ilk səfəri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq tarixi səfərdir. Fizuli və Cəbrayılda Dövlət bayrağımızın asılmasında iştirak edərkən, onu diz çökərək öpdükdən sonra bayrağımızı dalğalandırdı. Azad olunmuş Qarabağ torpaqlarındakı səfəri zamanı O, ətraflı müsahibə verərərək, yaxın vaxtlarda Qarabağ bölgəsində də  ölkəmizin digər rayonlarında olduğu kimi yüksək səviyyədə quruculuq işlər aparılacağı haqqında məlumat verdi”.
Millət vəkili Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfərinin qələbənin nidası olduğunu qeyd edib: “Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib.  “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir”.
M.İbrahimqızı Prezident İlham Əliyevin tarix yazan ordunun yanında olduğunu qeyd edib: “Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır”.
M. İbrahimqızı bölgələrdə Prezidentin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyindən bir daha xəbər verdiyini vurğulayıb: “Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Digər tərəfdən, 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir”.
Millət vəkili onu da qeyd edib ki,  döyüşlər zamanı mülki əhaliyə atəş açmayan Azərbaycan Ordusu məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan  ölkənin ordusudur: “Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır. Bölgəyə sülh gətirən Azərbaycan isə regionun inkişafının təminatçısıdır”.