YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Ermənilər ekologiyamıza vurulan ziyana və torpaqlarımızda törətdikləri cinayətlərə görə cavab verəcəklər

“Ərazilərimizdə qeyri-qanuni məskunlaşmış ermənilər gedərkən evləri, meşələri yandırmaları, hər şeyi daşıyıb aparmaları ekologiyaya böyük ziyandır”. Bu fikri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, noyabrın 10-dan başlayaraq birgə bəyanat əsasında köç edən ermənilər zəbt etdikləri evləri talan edib yandırır, hətta meşələrimizə qarşı ekoloji terror törədirlər. Onlar ağacları kəsərək özləri ilə aparırlar. Hətta heyvanları belə qəddarlıqla tələf edirlər.

“Milli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin üzvü kimi bu məsələdən çox narahatam və bunu şiddətlə qınayıram. Ermənilərin bu çirkin əməllərini təkcə Azərbaycana yox, həmçinin bəşəriyyətin ekoloji tarazlığına vurulan ziyan kimi qiymətləndirirəm. Beynəlxalq aləm və bilavasitə ekologiya sahəsində fəaliyyət göstərən nüfuzlu təşkilatlar niyə susurlar?! Niyə bu vandalizmin və barbarlığın qarşısını almaq üçün ciddi addımlar atmır, lazımi münasibət bildirmirlər?! Əminəm ki, vaxt gələcək, ermənilər ekologiyamıza vurulan ziyana və torpaqlarımızda törətdikləri bu cinayətlərə görə cavab verəcəklər”-deyə, deputat qeyd edib.