YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziya Xarici İşlər Nazirliyindən Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstək

Malayziya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata dəstəyin ifadə olunduğu məlumat yayıb.

Noyabrın 13-də yayılmış sənəddə Qarabağda döyüşlərin dayandırılmasından məmnunluq ifadə edilib.

Məlumatı şərh edən Azərbaycanın bu ölkədəki səfiri Qaley Allahverdiyev Malayziya hökumətinin növbəti dəfə haqqın və ədalətin tərəfində olduğunu beynəlxalq ictimaiyyətə nümayiş etdirdiyini, Azərbaycanın ərazi bütövlüyünə uzun illərdən bəri verdiyi qətiyyətli dəstəyi davam etdirdiyini bildirib. Azərbaycan səfiri deyib: “Dost və qardaş Malayziya xalqının ölkəmizin ərazi bütövlüyü məsələsində göstərdiyi birmənalı mövqe təqdirəlayiqdir. Biz bu dəstəyi alqışlayırıq. Məlum olduğu kimi, Malayziya xalqı hökumət və qanunverici orqan səviyyəsində bundan əvvəl də Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlara münasibət bildirib. Belə ki, cari il sentyabrın 27-də Ermənistanın hərbi qüvvələri ölkəmizə qarşı növbəti təcavüz aktına başlayandan dərhal sonra Malayziyanın Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat yayıb. Həmçinin oktyabrın 1-də Malayziya parlamentində Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı hərbi təxribatını kəskin şəkildə pisləyən bəyanat qəbul edilib”.

Xatırladaq ki, Malayziya 2008-ci il martın 14-də BMT Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul olunmasında təşəbbüskar dövlətlərdən biri kimi çıxış edib.