YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin köməkçisi: Sentyabrın 27-dən indiyədək dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq

Ermənistan silahlı qüvvələri yalnız cəbhə bölgəsindəki mülki əhalini və obyektləri deyil, cəbhə zonasından xeyli kənarda yerləşən şəhərlərimizi, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərlərimizi ballistik raketlərdən atəşə tutub.

Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsi ilə bağlı noyabrın 13-də keçirilən brifinqdə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, ermənilərin bu vandal və barbar əməlləri nəticəsində 90-dan çox mülki vətəndaşımız həlak olub və 400-dən artıq vətəndaşımız yaralanıb.

Hikmət Hacıyev bildirib ki, sentyabrın 27-dən indiyədək dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq. Ümumi nəticə əsasında əldə ediləcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq. Bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcək. Bunlar Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin nümunəsidir.