YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Azərbaycan tarixi Qələbəyə imza atmaqla həm də regionun geosiyasi mənzərəsini tamamilə dəyişməyə nail oldu

“Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa edərək tarixi qələbəyə imza atdı. Bunu artıq nəinki Ermənistanda, eyni zamanda, beynəlxalq aləmdə də hər kəs etiraf edir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə qazanılmış bu Qələbə ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı olacaq”. Bu sözləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, bu gün Ermənistanda baş verən proseslər Azərbaycanın əldə etdiyi nailiyyətin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları üçtərəfli bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiya aktıdır. Bu sənəd Ermənistanın ağır məğlubiyyətinin təsdiqidir. Bəyanatın ən əhəmiyyətli tərəflərindən biri bundan ibarətdir ki, Azərbaycan 27 ildir işğal altında qalan ərazilərini hərbi əməliyyatlarsız, itkisiz əldə etmək imkanı qazanır. Eyni zamanda, bütün ərazisində dövlət suverenliyini təmin edir. Dağlıq Qarabağa isə heç bir status verilmir.

“Azərbaycan bu tarixi qələbəyə imza atmaqla həm də regionun geosiyasi mənzərəsini tamamilə dəyişməyə müvəffəq oldu, beynəlxalq münasibətlər sistemində öz rolunu və təsirini daha da gücləndirdi. Şübhəsiz ki, bu Qələbənin siyasi, iqtisadi, sosial, psixoloji, hərbi, eyni zamanda, beynəlxalq əhəmiyyətli nəticələrini mütəxəssislər daha geniş təhlil edəcək. Ən əsas məqamlardan biri odur ki, Vətən müharibəsində əldə olunmuş tarixi zəfərin regionda mövcud siyasi reallıqlara təsiri ilə müəyyənləşəcək. Azərbaycan bütün dünyaya regionun yalnız iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi kontekstdə ən güclü dövləti olduğunu göstərdi. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artıran əsas amillərdən birinə çevriləcək”-deyə, deputat qeyd edib.