YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Peskov: Rusiya Prezidenti Türkiyə Prezidentinin mövqeyini yüksək qiymətləndirir

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Yaranan nüanslar və fikir ayrılıqları türkiyəli tərəfdaşlarla dialoqun gedişində nizamlanır.

Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya və Türkiyə əvvəl gündən fərqli nöqteyi-nəzərlərə malik idilər, lakin müxtəlif regional məsələlərin həllində Rusiya və Türkiyənin qarşılıqlı fəaliyyəti özünün səmərəliliyini göstərdi.

“Biz bu qarşılıqlı fəaliyyəti qiymətləndiririk, biz qarşılıqlı etimadın və əməkdaşlığın səviyyəsini qiymətləndiririk”, - deyə Rusiya liderinin mətbuat katibi bildirib.

Kremlin təmsilçisi deyib: “Bilirsiniz ki, bizim Prezident də türkiyəli həmkarı, Prezident Ərdoğanın konstruktiv mövqeyini yüksək qiymətləndirir. Onlar olduqca sıx və substantiv dialoqu davam etdirirlər. Lakin, əlbəttə ki, yanaşmalarda müəyyən nüanslar da olur. Biz fikir ayrılıqlarını da nəzərdə tuturuq və onları türkiyəli tərəfdaşlarımızla dialoq zamanı nizamlayırıq”. O əlavə edib ki, Kreml birgə bəyanatın imzalanmasının mümkün olmasından məmnundur.