YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı “Yehovanın Şahidləri” təşkilatının nümayəndələri ilə görüşüb

Yanvarın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yehovanın Şahidləri” təşkilatının Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb.
Komitənin mətbuat xidmətindən bildiriblər ki, görüşdə təşkilatın Avropa Assosiasiyasının nümayəndələri Mark Hanson, Vasili Kalenlə yanaşı, yerli icmanın təmsilçiləri də iştirak ediblər.
Qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, qurum Avropa məkanında geniş fəaliyyət göstərir.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı təmin olunub. Ölkədə zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.

 

DİGƏR Xəbərlər Arxiv