YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan və Türkiyə regionda söz sahibi olan dövlətlərdir

Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, iki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Onun sözlərinə görə, bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.

«Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər bu faktı bir daha təsdiqləyir. Azərbaycan və Türkiyə bu gün regionda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə bu ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada  nüfuzu daha da artmaqdadır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də hər zaman iki dövlət bir-birini fəal surətdə dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri digər ölkələr üçün də bir nümunə ola bilər»- deyə, komitə sədrinin müavini vurğulayıb.