YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Azərbaycana qarşı iddiaların heç bir əsası yoxdur

«ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik təzahürləri güclənir. Bu dövlətdə  irqi, dini zəmində çoxsaylı diskriminasiya faktlarını var və bunun da tarixi kökləri mövcuddur». Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, ABŞ əhalisinin 13 faizini təşkil edən qaradərililər sosial statuslarına, təhsil və ictimai-siyasi həyatda iştirakçılığa görə kifayət qədər məhdudiyyətlərlə üzləşirlər. Onun sözlərinə görə,  əksər hallarda qaradərililər polis zorakılığına məruz qalan tərəf olurlar.

«Bəlli olduğu kimi, bu təbəqənin nümayəndələri Ferqusson hadisələrinə görə mitinqlərə 50 il öncəki şüar və plakatlarla çıxdılar. Bu, yenə də onların hüquqlarının kütləvi surətdə pozulduğunu, irqi diskriminasiya halının davam etdiyini göstərir. Eyni zamanda, bu ölkədə islamofobiya daha da şiddətlənib”. Belə olan halda, ABŞ-da müəyyən dairələrin  Azərbaycana qarşı iddialarının heç bir əsasını yoxdur. Azərbaycan ABŞ-la münasibətlərin pozulmasında maraqlı deyil. Amma bu ölkə qərəzli şəkildə insan hüquqları məsələsini istismar və təzyiq vasitəsinə çevirməməlidir» - deyə, deputat qeyd edib.