YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Zeyni: Azərbaycanın beynəlxalq aləmdə xeyli dostları olmaqla yanaşı, bizi istəməyən qüvvələr də var

«Azərbaycanın beynəlxalq aləmdə xeyli dostları olmaqla yanaşı, bizi istəməyən qüvvələr də var. Azərbaycanın inkişafı, onun yüksəlişini istəməyən qüvvələr və onlara xidmət edən bəzi beynəlxalq təşkilatlar müntəzəm olaraq ölkəmizlə əlaqədar ədalətsiz, obyektivliyə uyğun olmayan informasiyalar yayırlar». Bu fikirləri Milli QHT Forumunun prezidenti Rauf  Zeyni deyib.

R.Zeyni bildirib ki, burada əsas məqsəd dövlətimizin nüfuzuna zərbə vurmaqdır. Onun sözlərinə görə, həmin qüvvələr  təzyiq vasitəsilə  Azərbaycanın müstəqil siyasət yürütməsinə əngəl olmağa çalışırlar.

«Çox təəssüflər olsun ki, bu gün beynəlxalq nizam-intizam pozulub və beynəlxalq təşkilatlar həmin nizam-intizamı bərpa etmək iqtidarında deyillər. Onlar bu məsələdə aciz olduqlarını etiraf edirlər. Əgər belə olmasaydı, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnamələri 20 ildən artıqdır ki, kağız üzərində qalmazdı. Ona görə də biz beynəlxalq mühitdə mövcud olan vəziyyəti bilirik, təhlil edir və bundan irəli gələrək öz etirazımızı bildirir, bəyanatlarımızı veririk. Bütün bunlarla bərabər biz Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu çərçivəsində həm Avropa Birliyinə daxil olan ölkələrin qeyri-hökumət təşkilatları, həm də dünyada mövcud olan digər nüfuzlu QHT-lərlə işimizi, əməkdaşlığımızı davam etdirməliyik»- deyə, R.Zeyni qeyd edib.