YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz

Biz dəfələrlə bunu demişik. Öz xoşunuzla çıxın bizim torpaqlarımızdan. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirin. Yoxsa, peşman olacaqsınız. Hesab edirsiniz ki, Azərbacan bu vəziyətlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Hesab edirdiniz ki, Azərbaycan xalqı bu təhqirlərlə barışacaq? Barışmayacaq, dəfələrlə demişəm. Amma bizim torpaqlarımızda oturub bizim müqəddəs torpağımızı zəhərləyib sonra da bizə qarşı iddia qaldırasan, görün, qudurğanlığın dərəcəsinə baxın. Biz onları yerinə oturtduq. Biz onlara onların yerini göstərdik. Biz onları elə qovuruq ki, onlar bu sprinti heç vaxt yaddan çıxarmayacaqlar.

Azərbaycan Prezidenti İlham Əliyev bu barədə xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Bütün istiqamətlər üzrə Azərbaycan mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də odur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər. Bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Kimə istəyirsən yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala, heç kim bizə təsir edə bilməz. Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq. Ərazi bötüvlüyümüzü bərpa edəcəyik”.