YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Ölkəmizdə gənclər mühüm bir platforma kimi formalaşa biliblər

«Bu gün gənclər dövlət siyasətinin tərkib hissəsidir. Yəni biz gənclərin inkişafını dövlətin inkişafından kənarda görmürük. İnformasiya texnologiyaları bu günkü gəncliyə özünü ifadə etmək sahəsində əlavə imkanlar açıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu gün ölkədə 200-dən çox gənclər təşkilatı var. Onun sözlərinə görə, ölkədə gənclər mühüm bir platforma kimi formalaşa biliblər.

«Modern gənclik formulunun yaranması gənclərin birləşdiyi ictimai təşkilatların cəmiyyətə ötürdüyü mesajlarından da çox asılıdır. Bizim gənclik azad düşünür, demokratik sistemdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Üstəlik, dövlətdən də ən yüksək səviyyədə dəstək alır. Ən parlaq ideyalar, cəlbedici proqramlar kənarda qalmır. Ən mühüm olanı budur. Gənclər təhsilə xüsusi ilə fikir verməlidir. Bu gün zaman gənclərin öz üzərində işləmələri, novator olmağı və kreativ olmalarını tələb edir. Azərbaycanın belə gənclərə ehtiyacı var. Bu gün gənclərin imkanı var ki, istənilən istiqmət üzrə peşə seçsinlər. Əgər kimsə xaricdə oxumaq istəyirsə,bunun üçün dövlət proqramının verdiyi imkanlarından istifadə edə bilər»- deyə, F.Muradov qeyd edib.