YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulun Topqapı sarayında açılan sərgidə Azərbaycan mədəniyyəti bölməsi maraqla qarşılanıb

İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən “Topqapı türk dünyası mədəniyyəti məhəlləsi” sərgisi açılıb.
Topqapı sarayında açılan sərgidə Orxon-Yenisey abidələrinin orijinal ölçülərinə uyğun hazırlanan maketlər nümayiş olunur. Orijinallarda olduğu kimi, tısbağa fiqurunun üzərinə qoyulan qədim kitabələr türk dili, tarixi, ədəbiyyatı, incəsənəti ilə bağlı mühüm məlumatları əks etdirir.
Sərgi Krımdan Çinədək olan böyük coğrafiyanın zəngin tarixi-mədəni irsini təqdim edir. Burada türk dünyasına xas geyimlər, zərgərlik məmulatları, məişət əşyaları, musiqi alətləri, silahlar nümayiş olunur. Sərginin ən maraqlı bölmələri isə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan və Başqırdıstanı təmsil edən “Mədəniyyət evləri”dir. Maketlər yerli və əcnəbi turistlərin böyük marağına səbəb olub.