YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Rumıniya Mədəniyyət Günü keçiriləcək

Yanvarın 15-də Bakıda Rumıniya Mədəniyyət Günü keçiriləcək.
Tədbir Rumıniyanın ölkəmizdəki səfirliyi, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərmarka”nın birgə təşkilatçılığı ilə təşkil olunacaq.
Rumıniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri və tədbir iştirakçıları əvvəlcə bu ölkənin bəstəkarı Corc Eneskunun Bakıdakı abidəsi önünə əklil qoyacaqlar.
Sonra Rumıniyanın və Azərbaycanın birgə hazırladığı markaların təqdimatı keçiriləcək. Bu markalar ənənəvi milli incəsənət mövzusunda hazırlanıb və hər iki ölkənin dulusçuluq və xalça sənəti nümunələrinə həsr olunub.
Mədəniyyət günü çərçivəsində Rumıniyanın xalq şairi Mixay Emineskunun anadan olmasının 165-ci ildönümü də qeyd ediləcək. Rumıniyadan gəlmiş incəsənət ustalarının ifasında Mixay Emineskunun şeirləri və şairin əsərlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.