YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Həyata keçirilən siyasət 2015-ci ilin Azərbaycan üçün daha uğurlu olacağına əminlik yaradır

«Ötən il respublikamızın iqtisadi, siyasi, sosial, elmi, humanitar həyatında mühüm tarixi hadisələrlə zəngin olub. Ölkə həyatının bütün sahələrində, eyni zamanda, daxili və xarici siyasətdə, ictimai bölmədə böyük nailiyyətlər əldə edilib». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dövlətimizin başçısının Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edən strateji qərarları, eyni zamanda, dinamik artıma, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsinə və ölkədə maliyyə sabitliyinin qorunmasına dərin təməllər yaradan iqtisadi strategiyası nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikası qeydə alınıb. Onun sözlərinə görə, ölkəmizin inkişaf konsepsiyası sosial proqramların genişlənməsi və əhalinin yaşayış imkanlarının yaxşılaşması baxımından böyük əhəmiyyət daşıyır.

«Ölkəmizdə xalqın sosial vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gücləndirilməkdədir. Dövlətin gəlirləri, ilk növbədə, sosial kateqoriyaların maddi rifahının yüksəlməsinə və sosial infrastrukturların yaxşılaşdırılmasına yönəlib. Eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, onların güzəranının xeyli yaxşılaşdırılması üçün işlər görülür. Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi son nəticədə bütün rayonların simasının dəyişməsinə səbəb olmaqdadır. Bütün bunlar isə ölkəmizin ümumi inkişafına öz töhfəsini verən bölgələrdə iqtisadi fəallığın artması, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların cəlb olunmasının genişlənməsi və rəqabət mühitinin daha da yaxşılaşdırılmasına şərait yaradır”. Ölkə Prezidentinin Nazirlər Kabinetinin  iclasında  söylədiyi fikirlər isə 2015-ci ilin Azərbaycan üçün daha uğurlu olacağına əminlik yaradır»- deyə, komitə sədri vurğulayıb.