YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsib Məhəməliyev: Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Ermənistana və onun havadarlarına ciddi mesajdir

“Prezidentin sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edən zaman verdiyi müsahibə Azərbaycan xalqı maraqlandıran əhəmiyyətli müsahibə idi. Müsahibədə nefçilərinn peşə bayramı ilə əlaqədar neft-qaz sektorunda çalışan insanların əməyindən, neftin və qazın Azərbaycan iqtisadiyyatında, tarixində rolundan, bundan əlavə çar Rusiyasında, Sovetlər İttifaqı və xüsusilə də İkinci Dünya Müharibəsi zamanı neftimizin faşizmlə mübarizədə qələbənin təmin olunmasında əhəmiyyətindən, xalqımızın cəbhə bölgələrində göstərdiyi rəşadətdən, Rostov şəhərində ucaldılan abidədən, Sloveniyada abidəsi ucadılan Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadədən, ondan sonra Berlinin alınması zamanı Brandenburq qapısı üzərində qələbədə Sovet bayrağını dalğalandıran polkovnik Rəşid Məcidovdan danışaraq cənab Prezident bir növ tarixə ekskursiya etmiş oldu. Cənab Prezident xalqımızın əldə etdiyi uğurları böyük qürur hissi ilə qeyd edirdi”. Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Nəsib Məhəməliyev bildirib ki, müharibə şəraitində yaşadığımız üçün dövlətimizin başçısı bu müsahibəsi ilə xalqımızda böyük ruh yüksəkliyi yaratdı: “O, tariximizlə, xalqımızla qürur duymağı aşılayırdı. Bütün bunlar, əlbəttə, olduqca əhəmiyyətli idi. Bundan başqa, o, Azərbaycan xalqının ciddi problemi olan Dağlıq Qarabağ, Ermənistanın apardığı təxribatlar və dünyada baş verən geosiyasi problemlərlə bağlı vətəndaşlarımızı kifayət qədər məlumatlandırdı. Ölkə başçısının bu mesajlarının olduqca böyük əhəmiyyəti var".

Millət vəkili qeyd edib ki, xalq dostu ilə düşmənini tanımalı, hansı çətin durumla qarşılaşdığımızı anlamalıdır: "İyul ayında ermənilərin törətdikləri təxribatlardan sonra Ermənistana davamlı olaraq silah daşıyanları, eləcə də qardaş Türkiyə dövlətinin hərbi-siyasi rəhbərliyinin birmənalı şəkildə xalqımızın yanında olmasını, Azərbaycanın da qarşılaşacağı bütün çətinliklərdə Türkiyənin yanında olduğunu cənab Prezident bir daha qeyd edib. Bütün bu bəyanatlar bugünkü geosiyasi vəziyyətdə olduqca vacib və əhəmiyyətlidir. Bu gün ermənilər Yaxın Şərqdə, İraqdan, Suriyadan, Livandan erməni əsilli terrorçuları Dağlıq Qarabağa yerləşdirərək bizimlə müharibəyə cəlb etmək istəyirlər. Burada bir məsələ ortaya çıxır. Son 30 ildə ermənilər bütün dünyaya car çəkirlər ki, "biz müsəlmanların əhatəsində nəfəs ala bilmirik. Bizi sıxırlar, xristian olduğumuz üçün qırırlar". Min bir böhtan ataraq, guya Türkiyənin və Azərbaycanın Ermənistana təzyiq göstərdiyini qeyd edirlər. Onlar bu yalanlarla dünya ictimaiyyətini aldatmağa çalışırlar. Çox təssüf ki, özlərini İslam dövləti adlandıran bəzi ölkələr birmənalı olaraq Ermənistana dəstək göstərirlər. Ermənilər bir tərəfdən məscidləri, tarixi və mədəni abidələri dağıdır, digər tərəfdən isə kütləvi şəkildə müsəlmanlara qarşı qırğınlar törədirlər. Ən önəmlisi isə Ermənistanda bir nəfər də müsəlman yoxdur. Bütün bunlara baxmayaraq, özlərini müsəlman adlandıran ölkələr ermənilərə qucaq açır, yardımlar edirlər. Əlbəttə, bütün bunlar qəbul edilməzdir. İslam ölkələri bu barədə düşünüməlidir".

Deputat bildirib ki, Prezident İlham Əliyev Nikol Paşinyanın tarixdən, siyasətdən və insanlıqdan uzaq  insan olduğunu faktlarla sübut edib: "O, Azərbaycan kimi dövlətə və siyasi liderinə şərtlər qoymağa çalışır. Əlbəttə, bu şərtlərin heç biri qəbul edilməyəcək. Bu gün Azərbaycan ordusu güclüdür. Azərbaycanın siyasi rəhbəri dünyada kifayət qədər tanınan və yüksək nüfuza malik olan lider kimi özünü təsdiq edib. Azərbaycana qarşı bu cür hərəkətlər qəbuledilməzdir. Hesab edirəm ki, cənab Prezidentin səsləndirdiyi fikirlər Ermənistana və onun havadarlarına ciddi mesajdir”.