YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Baş katibinin qlobal atəşkəs çağırışı fonunda Ermənistanın müharibə hazırlıqları

Elman Nəsirov

Milli Məclisin deputatı

BMT Baş Məclisinin 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda çıxış edən təşkilatın Baş katibi Antonio Quterreş növbəti 100 gün ərzində-cari ilin sonunadək bütün münaqişələrdə atəşkəsin təmin edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət qəbul etdi. Anoloji müraciəti cənab Quterreş bu ilin mart ayında da etmişdi. BMT rəhbərinin  qıobal atəşkəsin təmin edilməsai ilə bağlı hər iki müraciətinin əsas motivi pandemiya ilə səmərəli mübarizənin aparılması reallığından qaynaqlanır. Səmərəli oldumu? Cənab Quterreşin istinad etdiyi statistika bu suala müsbət cavab verməyə imkan vermir. BMT Baş katibinin məlum birinci çağırışına 180 dövlətin dəstək verdiyi vurğulansa da, konkret olaraq münaqişə ocaqlarından yalnız Kamerunda,  Kolumbiyda və Filippində hərbi toqquşmalara nisbi pauza verildiyi bildirilmişdir. BMT Baş katibinin hər iki müraciətini qulaqardına vuran dövlətlərın sırasında Ermənistan yəqin ki, lap ön sıralardadır. BMT TŞ-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamələrini  icra etməyən və buna görə də cazasız qalan Ermənistan tərəfinin sözügedən beynəlxalq təkilatın rəhbərinin tövsiyə xarakterli müraciətlərinə də məhəl qoymayacağına  qətiyyən təəccüblənmək lazım deyil. Təkcə işğalçı Ermənistan dövlətinin  son hərbi təxribat və avantüralarının təhlili belə qənaətə gəlməyə ciddi əsaslar yaradır. Eyni zamnada bu təxribatlara münasibətdə beynəlxalq ictimaiyyətin müəmmalı seyrçi davaranışı da çoxsaylı suallar doğurur. BMT kimi nəhəng beynəlxalq universal beynəlxalq təşkilat belə həmin sualların qarşısında acizlik nümayiş etdirir. Bu vəziyyət isə məlum münaqişənin sülh deyil, hərbi yolla  nizamlanması potensilaını xeyli dərəcədə artırır. Bir çox hallarda isə  hətta onu labüd edir. Fikrimizi əsaslandırmağa başlayaq.

Birincisi, qəbulundan 27 ildə artıq bir müddət keçməsinə baxmayaraq, niyə BMT TŞ-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qəbul etdiyi 4 qətnamə icra olunmur. Həmin qətnamələrdə birmənalı olaraq qeyd olunubdur ki, erməni silahlı qüvvələri işğal altındakı Azərbaycan ərazilərindən tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan həmin qətnamələrə məhəl qoymur və icra etməkdən boyun qaçırır. Halbuki, BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən BMT TŞ-nın qətnamələrinin icrası icbaridir, məcburidir. Nəticədə məlum qətnamələrin icrasına məcbir edilməyən Ermənistan dövlətində arxayınçılıq sondromu formalaşır və onu  yeni cinayətlər törətməyə şirnikləndirir.

İkincisi,  Azərbayan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə (ərazisi təcavüzə məruz qalan dövlətin fərdi və kollektiv müdafiə hüququ vardır) istinad edərək, işğal altındakı ərazilərini istənilən vasitə ilə, o cümlədən hərbi yolla azad etmək hüququna malikdir. Müqayisə üçün qeyd edək ki, 2001-ci il 11 sentyabr tarixində ABŞ ərazisi beynəlxalq terror hücumuina məruz qalarkən Pentaqon məhz həmin 51-ci maddəyə istinad edərək  Əfqanıstanda Taliban rejimi əleyhinə hərbi əməliyyatalara başladı.  Bəs onda niyə Azərbaycanın işğal altındakı torpaqlarını hərbi yolla qaytarmaq hüququna münasibətdə beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsl qrupu diametral fərqli mövqe nümayiş etdirir,  sülh prosesinə alternativ görmür? Nəticədə Illər keçir, status-kvo vəziyyəti dəyişmir ki, dəyişmir. Bu, Ermənistanın maraqlarına cavab verir. Azərbaycanın isə səbri tükənməkdədir.

Üçüncüsü, Ermənistanın siyasi-hərbi rəhbərliyi  “Qarabağ Ermistandır”  fikrini səsləndirməklə danışqların davam etdirilməsini lüzumsuz etmişdir. Təsadüfi deyildir ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edən Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmışdır ki, “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır.” Heç şübhəsiz,  bu halda  mahiyyəti üzrə aparılmayan danışıqlar Azərbaycan üçün heç bir məna və əhəmiyyət kəsb edtmir. Məlum davranışı ilə Ermənistan faktiki olaraq danışıqlar prosesindən çıxdığını bəyan etmişdir. Danışıqların alternativi isə müharibədir. Deməli, Ermənistan bilərəkdən və məqsədyönlü şəkildə münaqişənin tənzimlənmsi  prosesini hərbi müstəviyə sürükləməkdədir.

Dördüncüsü, Ermənistan tərəfi müharibəni labüdləşdirmək yönümündə təxribatçı bəyanatlarını davam etdirərək əvvəlcə Suriyadan, indi isə Livandan etnik ermənilər adı altında əsasən Yaxın  Şərqdə fəaliyyət göstərən terrorçu qruplaşmaları işğal altındakı Azərbaycan ərazilərinə köçürür və  1949-cu il Cenevrə Konvensiyasının tələblərinə daban-dabana zidd olan qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirir. Bu addım, Ermənistanın işğal altındakı 7 rayona münasibətdə tutduğu əvvəlki yanaşmadan imtina baxımından da diqqətdən yayınmır. Əvvəllər Ermənistanın siyasi-hərbi rəhbərliyi guya ki, işğal altındakı 7 rayona “təhlükəsizlik zolağı” kimi baxdığını bəyan edirdisə və bu ərazilərin müəyyən güzəştlərin müqabilində azad ediləcəyinin mümkünlüyünü dilə gətirirdisə, yeni qeyri-qanuni məskunlaşma siyasəti ilə bu  “konsepsiya”larından da imtina etdiklərini gizlətmirlər. Bu, mövqe sülh deyil, məhz müharibə versiyasını heç zaman olmadığı qədər aktual edir.

Beşincisi, Ermənistanın baş naziri ölkəsinin deyil,  Dağlıq Qarabağdakı  kriminal  oyuncaq rejim və Azərbaycanın danışıqlar prosesinin tərəfləri olduğunu israrla bəyan edir. Bu yanaşma mahiyyətcə təxribatçı olub, Azərbaycan üçün qəbuledilməzdir. Bu mövqe danışıqlar proseinə arxadan vurulan növbəti zərbədir.  Bu yanaşma Ermənistan tərəfdən müharibənin başlanmasına “yaşıl işıq” yandırmaq anlamında qəbul edilməlidir.

Altıncısı, Ermənistan tərəfi tələm-tələsik ölkənin hərbi və milli-təhlükəsizlik starategiyalarında ciddi dəyişilkliklərə imza atmışdır.  Bu sənədlərin mətnindən  “barıt”  qoxusu gəlir. Müvafiq sənədlərdə ilk dəfə açıq mətnlə  2 dövlət: Azərbaycan və Türkiyə  düşmən dövlətlər kimi  təqdim olunur. Bu  dümənçilik xəttinin qarşılığında Ermənistan-Yunanıstan-Kipr  üştərəfli əməkdaşlığına strateji əhəmiyyət verilir. Qardaş Türkiyə dövlətinin adları qeyd edilən Yunanıstan və Kiprlə gərgin münasibətlərdə olduğunu nəzərə alsaq Ermənistanın  hər iki dövlətlə isti münasibətlər fazasına daxil olmasının səbəb və motivlərini başa düşmək elə də çətin məsələ deyildir. Deməli,  Ermənistanın  hazırlığına  başladığı müharibədə müttəfiq qismində hansı dövlətləri görəcəyinin konturlarını da gizlətmir. Bu davaranış siyasi avantüradır və onun ağır hərbi nəticələrini olacağı şübhə doğurmur.

Yeddincisi, Prezident İlham Əliyevin sözügüdən iclasda qeyd etdiyi kimi, Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir.

Nəhayət, Ermənistanın siyasi-hərbi rəhbərliyinin məlum  “iyul təxribatı” və “avqust diversiya hərəkətləri“ regionda ədalətli sülhün bərpasına olan kövrık ümidlərin üzərindən çarpaz xətt çəkir. Xüsusilə də  son iki ay ərzində  həm Serbiya, həm də Rusiyadan Ermənistana silah-sursat daşınması  münaqi.ənin dinc yolla həlli imkanlarını sözün həqiqi mənasında “dəfn” etməkdədir. Sülh prosesi “reanimasiya”dadır.

Bütün bu yuxarıda sadalan reallıqlar fonunda güclü Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı yağı düşməndən azad etmək kimi müqəddəs vəzifəni yerinə yetirməyə tam hazırdır. Ali Baş Komandanın güclü iradəsi və qətiyyəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atacağı istənilən addımı  müdafiə etməsi, dost  Pakistan dövlətinin ölkəmizə  kömək etməyə hazır olduğunu bəyan etməsi  və digər həlledici amillər qaçılmaz görünən müharibədə  Azərbaycanın tam  qələbəsini təmin edən mühüm amillərtdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edəcək, o qələbə ki, Şuşamızı, Xankndimizi və işğal altındakı  digər ərazilərimizi bizə qaytaracaq.   Böyük  Qələbə  arzusu ilə,