YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Ermənistanın törədəcəyi təxribata güclü şəkildə cavab veriləcəyi göz önündədir

“Ermənistanın sərhəddə törətdiyi təxribatlar işğal olunmuş ərazilərimizdə aparılması gözlənilən antiterror əməliyyatından diqqəti yayındırmaq məqsədi daşıyır”.
Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Ermənistan çalışır ki, müharibə başlanacağı təqdirdə, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı prosesə cəlb olunsun: “Azərbaycanın indi apardığı siyasət çox doğrudur. Biz hərbi əməliyyatları başlaya biləcəyimizi və başlayacağımızı açıq şəkildə bəyan edirik. Yəni Ermənistanın törədəcəyi təxribata güclü şəkildə cavab veriləcəyi göz önündədir. Bu artıq söz deyil, əməldir”.
Ermənistan tərəfinin danışıqlara hazır olduğuna dair açıqlamalarına münasibət bildirən M.Qurbanlə bildirib: “Azərbaycan nəticəsi olan danışıqların tərafdardır. Hazırkı status-kvo Azərbaycanı qane etmir. Bu yalnız Ermənistana sərf edə bilər. Çünki onlar ərazilərimizi işğal edərək orada yerləşiblər. Müharibə başlayarsa, bu bütövlükdə region, daha geniş vüsət alarsa dünya üçün təhlükə yaratmış olacaq. Ona görə də dünya ölkələri, beynəlxalq təşkilatlar münaqişənin həllində ədalətli mövqe nümayiş etdirməlidirlər”.

DİGƏR Xəbərlər Arxiv