YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Energetika naziri: 26 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı

“26 il əvvəl imzalanmış “Əsrin müqaviləsi” ilə Azərbaycanda və ümumən regionda yeni bir dövr başlandı. Bu, öz mahiyyətinə görə müstəqillik tariximizin ən mühüm hadisələrindən idi”. Bu fikirləri Energetika naziri Pərviz Şahbazov deyib.

Pərviz Şahbazov bildirib ki, bu gün Azərbaycanın dünyada tutduğu yer 26 il əvvəlkindən çox fərqlənir. Onun sözlərinə görə, Azərbaycan müstəqillik yollarında ilk kövrək addımlarını atan, zəif, qeyri-sabit, sosial-iqtisadi həyatı tənəzzülə məruz qalmış bir ölkədən bu gün regionun liderinə, qlobal enerji-kommunikasiya layihələrinin müəllifinə, beynəlxalq aləmdə yüksək nüfuza malik davamlı inkişaf edən bir dövlətə çevrilib. Ölkəmizi bu səviyyəyə yüksəltmiş nailiyyətlərin təməlində isə məhz “Əsrin müqaviləsi” durur.

Nazir qeyd edib ki, “Əsrin müqaviləsi”nin məzmunca yeni səviyyədə davam edən töhfələrindən biri də Azərbaycanın beynəlxalq miqyasda səmərəli əməkdaşlıq sahəsində aktiv oyunçulardan birinə çevrilməsidir: “Enerji Xartiyası çərçivəsində ölkəmiz bu il Enerji Xartiyası Konfransına sədrlik edir, Qaz İxrac Edən Ölkələr Forumunda müşahidəçi statusunda təmsil olunur və ən vacibi “OPEC plus” formatında neft bazarının tənzimlənməsində fəal rol oynayır. Neftin qiyməti ilə bağlı müşahidə edilən proseslər göstərir ki, OPEC və qeyri-OPEC ölkələrinin həmrəyliyi bütün dünya üçün faydalıdır. Azərbaycan Prezidentinin təşəbbüsü olan bu əməkdaşlıq formatı hazırda, qeyri-sabit neft bazarına dəstək verən mühüm bir mexanizmdir. Pandemiyanın dərinləşdirdiyi iqtisadi tənəzzül, neftə tələbatın bərpasının kəskin zəiflədiyi, kommersiya neft ehtiyatlarının həddən artıqlığı və çoxsaylı geosiyasi risklər şəraitində bu əməkdaşlığın davam etdirilməsi çox vacibdir. Apreldəki vəziyyətin təkrarlanma təhlükəsi “OPEC plus” ölkələrinin hər birindən məsuliyyətli və həssas davranış tələb edir. Əks təqdirdə neft bazarı növbəti bir şokun öhdəsindən gəlməyə bilər”.