YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir

“Bu gün ölkəmizdə yeni dərs ilinin ilk günüdür. Pandemiyanın ağır təsirləri - insan itkisi, iqtisadi geriləmə və sosial cətinliklərə rəğmən, cənab Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə inkişaf və cicəklənmənin əsas təminatı kimi təhsil və tədrisin yeni şəraitə uyğun şəkildə təşkil olunması istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir”. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, artıq bütün təhsil ocaqları bu gün öz qapılarını təhsilalanların üzünə acmağa tam hazırdır. Ölkəmizin gələcək inkişafını təmin etmək üçün mükəmməl intelektual bazanın formalaşması işinə qoyulan investisiyalar dövlətimizin təhlükəsizliyinə və xalqımızın rifahına yatırım deməkdir.

“Bu məqsədə catmaq ücün dövlətimizin və cəmiyyətimizin milli ruhlu, ənənəvi dəyərlər əsasında vətənpərvər, məsuliyyətli vətəndaş formalaşmasına və hərtərəfli şəxsiyyət kimi yetişdirilməsinə olan ehtiyaclarını yalnız güclü maddi-texniki bazaya, yüksək təhsilvermə imkanlarına malik təhsil müəssisələri ödəyə bilər.

Ümumi inkişaf zəncirinin əsas həlqələri olan "Ailə - Cəmiyyət - Dövlət" üclüyünün vəhdətindən yaranan yeni insan potensialının Yeni Azərbaycan quruculuğunun təminatcısı olmaq rolunu yerinə yetirməsinə isə məhz bu əsaslarda nail oluna bilər. Bu vacib və əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi işində hər birimizə uğur arzulayır, hamınızi yeni dərs ilinin başlanması nünasibətilə təbrik edirəm!”-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv