YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir

“1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini respublikamıza göndərib”. Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib.

Anar İsgəndərov bildirib ki, Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinə daxil oldu. Və 1918-ci ilin may soyqırımından sonra Bakını tərk edən və Bakıya həsrətlə baxan Bakı camaatı sentyabrın 15-də Qafqaz İslam Ordusu ilə şəhərə daxil oldu. Əslində, həm də sentyabrın 15-i Azərbaycanın tarixində bir də ona görə əlamətdardır ki, Bakı bütün tarixi boyu ilk dəfə olaraq Azərbaycanın millət vəkili qeyd edib ki, Qafqaz İslam Ordusunun tərkibində olan bütün əsgərlər Qafqaz İslam Ordusunun əsgərləri deyildi. Osmanlı və təbii ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən də kifayət qədər azərbaycanlı onlara qoşuldu. Təbii ki, Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də ərzaqdan tutmuş silaha qədər kömək edirdi. Çoxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Ona görə təbii ki, bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxarmaq üçün əlindən gələni etdi.

Tarixçi alim deyib ki, Bakı işğaldan azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmək istəyirdilər. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir!