YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: 2014-cü il ölkəmizin həyatında əlamətdar hadisələrlə yadda qalıb

«2014-cü il ölkəmizin həyatında əlamətdar hadisələrlə yadda qalıb». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, il ərzində xalqımızın daha yaxşı yaşamasına yönələn dövlət siyasəti yürüdülüb. Onun sözlərinə görə, ölkəmizin beynəlxalq mövqeləri güclənməsi istiqamətində də ciddi nəticələr əldə olunub.

«Prezident İlham Əliyev xarici ölkələrə səfərləri və beynəlxalq təşkilatlarda iştirakı zamanı apardığı danışıqları ilə daim milli maraqlarımızı müdafiə edib. Bu da milli həmrəyliyimizin daha da möhkəmlənməsi baxımından mühüm amildir. ətimizin başını uca edib. Bir neçə dövlətin rəhbəri Azərbaycanda olub. Ötən il Bakı şəhərində bir sıra çox böyük beynəlxalq tədbirlərin keçirilməsi ilə də əlamətdar oldu. Eləcə də, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu daha da artdı, nəhəng layihələrin əsası qoyuldu»- deyə, M.Qasımlı qeyd edib.

DİGƏR Xəbərlər Arxiv